Bu gündən etibarən Yaponiyada COVID-19 epidemiyasının artdığı Hokkaido, Okayama və Xirosima əyalətləri fövqəladə vəziyyət elan ediliən ərazilər sırasına daxil edilib.
Teleqraf.com xəbər verir ki, bununla fövqəladə vəziyyətin əhatə dairəsi ölkə daxilində 9 əyalətə qədər genişləndirilib.
Hazırda Yaponiyada Tokyo, Kyoto, Hyogo, Osaka, Aiçi və Fukuokada fövqəladə vəziyyət davam edir.
Fövqəladə vəziyyət tətbiq olunan bölgələrdə restoran və barların ən gec saat 20:00-dək açıq qalmasına icazə verilir, spirtli içki satışı qadağandır.
Mədəniyyət və idman yönümlü məkanlar yerlərin 50 faizinə qədər müştəri qəbul edə bilərlər.
Qaydalara əməl etməyən müəssisələri 300 min yapon yeni (2 min 740 dollar) cərimə gözləyir.
Yaponiyanın yeni Baş naziri Yoşihide Suqa Milli Qubernatorlar Birliyinin ölkə daxilində tətbiq etdiyi fövqəladə vəziyyətə etiraz edib.
Yaponiyada COVID-19-a yoluxanların sayı 680 min 242-yə, virusdan ölənlərin sayı 11 min 490-a yüksəlib. Ölkə daxilində reanimasiya şöbələrində 1231 nəfər COVID-19-dan müalicə alır.