Türkiyə ilk dəfə Avropa Birliyinin (AB) müdafiə razılaşması - Daimi Quruluşlu Əməkdaşlıq (PESCO) çərçivəsindəki layihədə iştirak məqsədilə rəsmən müraciət edib.
Teleqraf.com xəbər verir ki, layihəni planlaşdıran Hollandiyanın Müdafiə Nazirliyi Türkiyənin iştirak etmək istəyi ilə bağlı rəsmi məktub aldıqlarını açıqlayıb.
Türkiyənin qatılmaq istədiyi bu layihə hərbi personalın və təchizatın Avropa içində və xaricində sürətli şəkildə daşınmasını nəzərdə tutur.
Hollandiya Müdafiə Nazirliyi Tükiyə ilə yanaşı ABŞ, Kanada və Norveçin də bu layihədə iştirak etməsi üçün rəsmən müraciət etdiklərini bildirib. Əlavə edib ki, bu ölkələrin layihədə iştirakı səsvermə ilə qəbul edilib.
Ankaranın projedə iştirak tələbi isə AB ölkələri tərəfindən təsdiqlənməlidir. Ancaq Yunanıstan və Cənubi Kiprin bu tələbə isti yanaşmayacağı gözlənilir. NATO ölkəsi Türkiyənin tələbinin rədd olunması isə Ankara tərəfindən təhqir kimi qarşılanacağından narahatlıq duyulur.
Qeyd edək ki, söhbət dəyəri milyardlarla dollarla ölçülən hərbi layihədən gedir.