Kanada hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı səylərini dəstəkləmək üçün əlavə 1 milyon dollar ayıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Xarici işlər naziri Mark Garneau və Kanada beynəlxalq inkişaf naziri Karina Kouldumun ortaq açıqlamasında bildirilib.
Açıqlama müəllifləri Ermənistan və Azərbaycana gərginliyi azaltmaqla bağlı çağırmaqda davam etdikləri fikirlərini yeniləyib.