1 Noyabr 2014 09:00
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli tanınmış aktyor “kurtlar vadisi” seriallından ayrılma səbəbini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin məşhur kino və teatr aktyoru, "Arka sokaklar" serialında polis rəisi Rıza Soylu obrazını canlandıran Zafer Ergin “Cine 5” telekanalında yayımlanan “İpek Tuzlucuoğlu ilə üzləşmə” proqramında qonaq olub. Aktyor verilişdə bir-birindən maraqlı açıqlamalar verib.

Z.Ergin Türkiyədə, Yaxın Şərq ölkələrində, eləcə də ölkəmizdə geniş izləyici kütləsinə sahib olan “Kurtlar Vadisi” serialından nə üçün uzaqlaşdığını bildirib.

O, sözügedən serialın cəmiyyət üçün təhlükəli olduğunu, prinsipial səhvlərə yol veridiyini vurğulayıb: “Mən universitetdə dərs keçirəm. Gündüz tələbələrimə doğru məlumatlar verib, daha sonra gecələr yanlışın içində görünmək istəmədim.”

Qeyd edək ki, Z.Ergin serialda baş rol obrazı olan Polat Alemdarın bioloji atası Mehmet Karahanlı rolunu ifa edib.


Müəllif: