Rusiya müdafiə naziri Sergey Şoyqu axşam saatlarında erməni həmkarı Vaqarşak Arutyunyanla telefonla danışıqlar aparıb.
Teleqraf.com xəbər verir ki, nazirlər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
“Mayın 19-da axşam saatlarında Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutyunyanla telefonla danışıqlar aparıb. Söhbət əsnasında bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi ərazilərdəki durum və digər məsələlər müzakirə edilib”, - açıqlamada qeyd olunub.
Mayın 17-də də Rusiya və Ermənistanın müdafiə idarələri rəhbərlərinin telefon danışığında ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı sülhməramlı fəaliyyətlərin müzakirə edildiyi bildirilmişdi.