23 May 2021 17:58
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın keçmiş sərbəst güləşçisi Suşil Kumar qətl şübhəsi ilə həbs olunub.

Teleqraf.com xəbər verir ki, 38 yaşlı keçmiş pəhləvan mayın 4-də stadionda bir nəfərin ölümü ilə nəticələnmiş davada iştirak edib.

O, həmin hadisədən sonra qaçıb gizlənib. Polis Kumar barədə informasiya verən üçün 1,4 milyon ABŞ dolları mükafat vəd edib. Tanınmış idmançı paytaxt Dehli ətrafındakı Mundka kəndində saxlanılıb.

Qeyd edək ki, Suşil Kumar 2010-cu il dünya çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, Hindistanın komandasının bayraqdarı olduğu London-2012-də gümüş medala sahib olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər