Türkiyənin Energetika və təbii qaynaqlar naziri Fateh Dönməz Qara dənizdəki yeni qaz və neft yatağı ilə bağlı şad xəbəri vermək üçün iyun ayını gözləmək lazım olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, nazir yeni qaz yatağını Türkiyə Cumhuriyyətinin 100-cü ildönümündə vətəndaşların istifadəsinə planlaşdırıldığını bildirib: “İlk günlərdə də demişdik, Sakarya qaz sahəsi olduqca böyükdür. Şimal, cənub və qərb istiqamətində işlərimizi davam etdirəcəyik.
Gözləntimiz 405 milyard kubmetr deyil, hər kəşfdə yeni ərazilər rezerv edəcəyik. Gələn ay daha dolğun məlumat vermək mümükün olacaq”.
Nazir qeyd edib ki, layihə üzrə paralel olaraq beynəlxalq şirkətlərlə də iş aparılır: “Çalışırıq ki, yerli imkanlardan daha çox istifadə edək. Bu sahədə təcrübə elə də çox deyil. İlk 5-6 quyudan sonra istehsala başlaya bilərik. 4 faza üzrə 2027-2028-ci illərdə istehsalı aşmış olacağıq. Yeni yataqdan əldə olunan 405 milyard kubmetr qazın dəyəri 80-90 milyard arasında dəyişir.”.
Fateh Dönməzin sözlərinə görə, son illərdə ölkədə qızıl ehtiyatlarında da artım qeydə alınıb: “15-20 il əvvəl qızın istehsalımız sıfır səviyyəsində idi. Birbaşa qızıl mədənimiz yox idi. Gümüş istehsalı zamanı tapılan qızıllardan istifadə edrdik.
Bu gün qızıl ehtiyatımız 1200 tona çatıb. Hazırda Türkiyə yerli və beynəlxalq təcrübələrdən geniş istifadə edir”.