Çexiyanın Moskvadakı səfirliyi diplomatik nümayəndəliklərin bərabər əsaslarla azaldılması çərçivəsində 71 Rusiya vətəndaşını işdən azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yeva Davidova məlumat verib.
“Çexiyanın Moskvadakı səfirliyində, Çex Evində və Çex Mərkəzində işə qəbul edilmiş 71 Rusiya vətəndaşı işdən çıxarılıb”, - Davidova qeyd edib.
O, may ayının sonuna qədər daha 8 nəfərin işdən çıxarılacağını söyləyib. Beləliklə, işdən çıxarılan işçilərin ümumi sayı 79 nəfərə çatacaq.
Rusiya tərəfinin qərarına uyğun olaraq 19 rusiyalı Çexiya səfirliyində işləyəcək.
Çexiya Rusiya xüsusi xidmət orqanlarını iki nəfərin ölümünə səbəb olan Vrbetitsa silah anbarındakı partlayışlarda ittiham etdikdən sonra Moskva və Praqa arasındakı münasibətlər pisləşib. Partlayışlar 2014-cü ilin sonunda baş verib. Nəticədə xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən 18 diplomat Çexiyadan qovulub.