29 May 2021 16:00
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankarada səfərdə olan ABŞ dövlət katibinin müavini Vendi Şerman arasında görüş olub.

Teleqraf.com xəbər verir ki, Türkiyənin milli təhlükəsizlik narahatlığının dilə gətirildiyi görüşdə PYD, FETÖ və digər məsələlər ABŞ tərəfinə çatdırılıb.

Görüşdə NATO-nun iyun ayında Brüsseldə keçiriləcək zirvə toplantısının gündəliyi və bu tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında baş tutacaq görüşdə müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Əfqanıstan, Suriya, Liviya, Qarabağ və Ukraynadakı vəziyyəti də müzakirə edilib. Tərəflər adıçəkilən bölgələrdə sülh və sabitliyin təmin olunması üçün birlikdə fəaliyyətin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

NATO-da iki önəmli müttəfiq olan Türkiyə və ABŞ-ın əməkdaşlığının alyansı gücləndirdiyi və yeni sınaqlar qarşısında beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər