Bu il noyabrın 3-4-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində P. Siyartonun bir çox rəsmi şəxslərlə, həmçinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.