Şimali Koreya lideri Kim Çen İn yenidən itkin düşüb, bir aya yaxındır ictimaiyyət qarşısına çıxmır.
Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreya Nazirlər Kabinetinin sözçüsü Li Çjon Çju deyib.
O, Kim Çenin ictimaiyyət qarşısında sonuncu dəfə mayın 6-da Şimali Koreya ordusunun hərbçiləri ilə görüşdə göründüyünü bildirib.
“Bu, bu il KXDR liderinin ictimai fəaliyyətinin olmamasının ən uzun dövrüdür”, - Cənubi Koreya rəsmisi söyləyib.
Qeyd edək ki, Şimali Koreya lideri ötən il 20 gün ictimaiyyət qarşısına çıxmamışdı.