Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidə Rusiya lideri Vladimir Putinlə görüşə apardığı çanta haqda danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BelTA məlumat verib.
Onun sözlərinə görə, çantada Belarus xüsusi xidmət orqanlarının xarici siyasəti daxil olmaqla, bir sıra məsələlərə dair hazırladığı analitik materiallar olub.
Lukaşenko sənədlər arasında ABŞ, AB və Çin arasındakı münasibətlər və Birlik Dövləti ətrafındakı vəziyyət haqqında məlumatların olduğunu da diqqətə çatdırıb.
O vurğulayıb ki, Rusiya və Belarus prezidentləri ölkələrdən yalnız birinə aid olsa belə, uzun müddətdir bu cür məlumat mübadiləsi aparırlar. Onun sözlərinə görə, əgər bu məlumatlar ictimaiyyətdə olsaydı, bu haqda çox danışılardı.
Lukaşenko və Putin arasındakı görüş mayın 28-də Soçidə baş tutub.