İsveçrə hökuməti ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında görüşün keçirildiyi vaxt Cenevrənin hava məkanının bağlanacağı barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, İsveçrə Federal Müdafiə Xidməti dövlət başçılarının görüşü günü hava məkanını müşahidə etmək üçün hazırlıqların aparıldığını açıqlayıb.
Açıqlamada həmin gün hava məkanının bütün uçuşlar üçün bağlanacağı bildirilib.
Ağ Ev bundan əvvəl Bayden və Putin arasındakı görüşün mövzularını açıqlayıb: liderlər Ukrayna və Belarusdakı vəziyyətdən danışacaqlar. Bundan əlavə, Bayden silahlara nəzarət və insan haqları məsələlərini də müzakirə etmək istəyir.
Rusiya və ABŞ prezidentləri arasında görüş iyunun 16-da Cenevrədə baş tutacaq.