Argentina Prezidenti Kristina Fernandes de Kirşner yüksək temperaturla xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
“Kristina Fernandes de Kirşner yüksək temperaturdan əziyyət çəkir. Buna görə də onun xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Otamenti hospitalında onun müalicəsi aparılacaq”, - məlumatda bildirilib.