Kanada qırıcıları ilk dəfə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı hədəflərinə qarşı hücum həyata keçirib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Rob Nikolson açıqlama verib. Onun sözlərinə görə, Kanadaya məxsus iki CF-18 qırıcısı İraqın Fəllucə şəhəri yaxınlığını bombalayıb. Əməliyyatdan sonra qırıcılar Küveytdəki Kanada hərbi bazasına geri dönüb.
Qeyd edək ki, Kanada İŞİD-ə qarşı hərbi əməliyyatlarda üçün 6 ədəd CF-18, iki kəşfiyyatçı və bir yanacaqdolduran təyyarə, həmçinin 600 canlı qüvvə ilə iştirak edir.
Samir