Rusiya və Ukrayna separatçıları bir neçə zərbə qruplaşmasının formalaşdırılmasını başa çatdırıb.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə "İnformasiya müqaviməti" hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk öz Facebook səhifəsində bildirib.
Onun sözlərinə görə, 4 qruplaşdırma formalaşdırılıb:
- Luqansk (Pervomaysk, Luqansk, Luqansk stansiyası rayonları)
- Qorlovo-Donetsk
- Volnovaxsko-Telmanovskaya
- Novoazovskaya
Tımçukun sözlərinə görə, bu qruplaşmaların tərkibində 14-15 min Rusiya hərbçisi, 10-12 min nəfər isə yerli döyüşçü təmsil olunur.
Hərb birliklərin tərkibində 110-115 tank, 250-280 ZDM (zirehli döyüş maşını) 80-100 artilleriya qurğusu, 500 avtonəqliyyat vasitəsi var.
Nihad