“2024-cü ildə keçiriləcək prezident seçkisini dörd gözlə gözləyirəm”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
2022-ci ildə Konqres seçkilərində fəal rol oynayacağını bildirən Tramp ilk hədəfini açıqlayıb.
O, ABŞ Prezidenti Co Baydenin qurduğu düzəni darmadağın etməkdə günahlandırıb: “Bayden administrasiyanın xarici siyasəti xəcalət verir və fəlakətdir. Baydenin etməli olduğu şey heç nə etməmək idi. İqtisadiyyat raket kimi havaya qalxmışdı. İndi isə iqtisadiyyat cəhənnəmə çevriləcək və inflyasiya yaxın gələcəkdə fəlakətə səbəb olacaq”.
Tramp Baydenin İsrail, Meksika və müsəlmanlarla bağlı siyasətini tənqid edib.
O, 2020-ci il seçkilərində məğlub olmasına korrupsiyanın səbəb olduğunu söyləyib.