“Türkiyə bölgədə tarazılığı dəyişə biləcək sistemlərə sahibdir”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Xarici işlər naziri Nikos Dendias deyib.
“Türkiyə hərbi əməliyyatlarda istifadə edə biləcək və Aralıq dənizinin şərqində güc tarazlığını dəyişə biləcək sistemlərə sahibdir. Bu həm Yunanıstanı, həm də bölgədəki digər dövlətləri ciddi şəkildə narahat edir”, - nazir bildirib.
Yunanıstanın baş diplomatı Türkiyənin bölgə və ətrafındakı tarazılığı və ya güc nisbətini dəyişdirəcək qədər gücləndiyini etiraf edib.
Dendias ötən həftə Afinada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşünü də xatırlayıb, bu səfərin münasibətləri qaydasına salmaq üçün önəmli addım olduğunu söyləyib:
“Türkiyə xarici işlər nazirinin səfəri iki ölkə arasındakı əlaqə kanallarının gücləndirilməsinə yönəlik addım oldu”.