8 İyun 2021 21:59
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan qanunvericiliyi Türkiyəni qaçqınlar üçün təhlükəsiz üçüncü ölkə olaraq müəyyən edir. Bu qərar Suriya, Əfqanıstan, Pakistan, Banqladeş və Somalidən sığınacaq axtaranları əhatə edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər və Miqrasiya nazirliklərinin yaydığı birgə açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, Türkiyə bu ölkələrdən gələn qaçqınlar üçün bütün şərtləri və imkanları təmin edir.

Yunanıstanın miqrasiya naziri Notis Mitarakis məsələ ilə əlaqədar verdiyi açıqlamada artıq bu ölkələrdən gələnlərin Türkiyə üzərindən edəcəkləri yaşayış müraciətlərini qəbul etməyəcəklərini bildirib.

“Türkiyənin etibarlı üçüncü ölkə kimi xarakterizə olunması, qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizə və insan ticarətinin qarşısının alınması üçün önəmli addımdır”.

Qeyd edək ki, Yunanıstan tez-tez Egey dənizinə üz tutan qaçqınları qeyri-qanuni şəkildə Türkiyəyə yönəltməklə gündəmə gəlir. Beynəlxalq insan haqları təşkilatlarının xəbərdarlıqlarına baxmayaraq, rəsmi Afina bu ittihamları rədd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər