Almaniyada baş verən hadisə eşidənləri təəccübləndirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada əczaxanaya girən qadın sinəsindən işçilərin üzərinə süd fışqırdıb.
Polisin bildirdiyinə görə, qadın əczaxanaya girib və sinə nasosu almaq istədiyini söyləyib. 20 avroya olan nasos üçün qadın 200 avro ödəyib. Kassir qalıq pulu -180 avronu qaytararkən, qadın sinəsini açıb və işçinin üzünə süd fışqırdıb. Qadının bu hərəkətini görən işçilər və müştərilər çaş-baş qalıblar.
Qarışıqlıqdan istifadə edən qadın kassadan 100 avro pul oğurlayıb və sürətlə dükandan qaçıb.
Polis hadisəni törədən qadını axtarır.
Rüstəm