10 İyun 2021 10:06
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya parlamenti Konstitusiyanı pozduğuna görə Prezident İlir Meteni impiçment edib və vəzifəsindən uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, impiçment qərarı 104 parlamentari tərəfindən dəstəklənib, yalnız yeddi nəfər etiraz edib.

Üç nəfər səsvermədə bitərəf qalıb. Yaxın üç ayda Metenin vəzifəsindən kənarlaşdırılması məsələsinə Albaniya Konstitusiya Məhkəməsi baxacaq. Qeyd olunur ki, bu, ölkə tarixində ilk dəfə prezidentin parlament tərəfindən postundan kənarlaşdırılması hadisəsidir.

Aprel ayının sonunda bir qrup deputat İlir Mete ilə bağlı istintaqın aparılmasını istəyib. Onların fikrincə, ölkə prezidenti Albaniyada qeyri-sabitlik və şiddəti təhrik etməkdə və müxalifətlə yaxınlaşmaqda günahkardır. Albaniya prezidentinin özü parlamentin istintaqını tənqid edib və impiçmenti “qanunsuz” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər