ABŞ-ın sabiq prezidenti Donald Tramp xələfi Cozef Baydenə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə yatmamağı arzulayıb və ən yaxşı arzuları çatdırmağı xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə D.Tramp Tvitter səhifəsində qeyd edib.
"Prezident Putinlə danışıqlarda Baydenə uğurlar! Görüş zamanı yatma və zəhmət olmasa ona mənim ən yaxşı arzularımı çatdır", - Tramp deyib.
Qeyd edək ki, Tramp seçkiqabağı kampaniyasının gedişatında da öz opponentini dəfələrlə "yuxulu Co" adlandırıb.
Rusiya-ABŞ sammiti iyunun 16-da İsveçrənin Cenevrə şəhərində olacaq.