14 İyun 2021 21:38
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, müzakirələr 45 dəqiqə davam edib. Təkbətək görüşdən sonra heyətlərarası görüş başlayıb.

20:04

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.

Teleqraf.com-un məlumatına görə, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilir.

Ərdoğanın görüş başa çatdıqdan sonra mətbuat konfransı keçirəcəyi bildirilir.


Müəllif: Teleqraf.com