Çin NATO-nu “Çin təhdidi” ilə bağlı müxtəlif nəzəriyyələr uydurmağı dayandırmağa çağırır. Pekin başqaları üçün “sistem problemi” yaratmaq niyyətində deyil, amma kimsə ona meydan oxuyarsa, Çin laqeyd qalmayacaq.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Avropa İttifaqı yanında missiyasının yaydığı bəyanatda öz əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl NATO ölkələrinin liderləri Brüsseldəki sammitin yekununda Çinin artan hərbi potensialından, habelə hərbi sahədə Rusiya ilə əməkdaşlığından narahatlıqlarını ifadə etmişdilər.
“Biz NATO-nun Brüsseldəki sammitindən sonra Çinə dair bəyanatın məzmununa diqqət yetirdik. NATO Çinin “sistem çağırışı”nı yaratdığını bildirir. Bu, Çinin dinc inkişafına böhtan atmaqdır, beynəlxalq vəziyyətin və NATO-nun öz rolunu səhv qiymətləndirməsidir. Beləliklə, “Soyuq müharibə” zehniyyətinin və blok siyasəti psixologiyasının davamıdır”, - deyə bəyanatda bildirilir.