21:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə Ukrayna NATO-dan əlavə maliyyə yardımı alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Ukraynadakı nümayəndəliyinin rəhbəri Patrik Törner məlumat verib.

“Biz bilirik ki, bir çox alyans ölkələri, o cümlədən Avropalı müttəfiqlərimiz və ABŞ əlavə yardım vəd edib. Söhbət dəstəyin həcminin artırılmasından gedir”, - NATO nümayəndəsi bildirib.

Törner qeyd edib ki, alyans Ukraynaya təhlükəsizlik ehtiyacları üçün 40 milyard avro ayıracaq. O, bütün planlaşdırılan töhfələrin 2024-cü ilin sonuna qədər tamamlanmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.


Müəllif: Arzu