3 Noyabr 2014 20:57
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Haqları Təşkilatı: "Qətliamı şiə milisler törətdi"

İraqda avqustun 22-də məsciddə törədilən qətliamın İŞİD deyil, şiə qruplaşmaları tərəfindən törədildiyi məlum olub.

34 nəfərin ölümünə səbəb olan qətliamın məsuliyyəti İŞİD-in üzərinə atılmışdı. İraqın İnsan Haqlarını Müşahidə Şurasının hesabatında qeyd olunur ki, cinayəti "Asab Ehl El Hak" adlı şiə milis dəstəsi həyata keçirib.

İraqın Diyala şəhərinin Hemrin qəsəbəsində Musab Bin Ömer məscidinə edilən silahlı hücumda 34 nəfər qətlə yetirilib.

Məscidin 150 metrliyində polis, 200 metrliyində isə hərbi post olsa da, cinayətkarlara qarşı heç bir müqavimət göstərilməyib.

İnsan haqları təşkilatı İraqın şiə baş naziri Haydar İbadiyə müraciət edərək cinayət işinin açılması tələbi ilə çıxış edib.

Amnesti İnterneşnl təşkilatı İraqda şiələrin cinayətlər törətdiyini, sünniləri oğurlayaraq öldürdüklərini açıqlayıb. Qeyd olunur ki, İraq hökuməti şiələrin qanunsuz əməllərinə nəinki göz yumur, hətta onlara dəstək verir.

/İstiqamet.com/


Müəllif:

Oxşar xəbərlər