18 İyun 2021 00:12
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya hərbi çevrilişdən sonra əziyyət çəkən Myanma üçün BMT-nin humanitar yardım təşəbbüsünə 300 000 dollar bağışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Korea Times” yazıb.

Bunun Pxenyan üçün 2005-ci ildən bəri başqa bir ölkəyə ilk pul yardımının olduğu deyilib. Pxenyanın Neypido ilə münasibətləri yaxşıdır. Məsələn, yanvar ayında Şimali Koreya lideri Kim Çen In Cənub-Şərqi Asiya ölkəsinin müstəqilliyinin 73-cü ildönümü münasibətilə Myanma prezidentinə məktub göndərib. O, iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin gələcək inkişafına ümidvar olduğunu bildirib.

Şimali Koreya dünyanın ən kasıb ölkələrindən biri olduğu üçün nadir hallarda maliyyə ianələri verir. Kim Çen In iki gün əvvəl ölkədə mümkün aclıq təhlükəsini elan edib. Şimali Koreya başçısı keçən ilki təbii fəlakətin taxıl yetişdirmə planının icrasına mane olduğunu söyləyib. Buna görə ölkədə əhalinin qida ilə təmin edilməsi ilə əlaqədar gərgin vəziyyətin yarandığını diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər