İngiltərənin hakim Mühafizəkarlar Partiyasının keçmiş üzvü, deputat cinsi təcavüzdə ittiham olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
İngiltərə prokurorluğunun açıqlamasında deyilib ki, ölkənin şimalındakı Ueykfild seçki dairəsini təmsil edən İmran Əhməd Xan 2008-ci ildə baş vermiş bir olayla əlaqədar cinsi təcavüzdə ittiham edilir.
2019-cu il seçkilərində müxalifət Fəhlə Partiyasından deputat mandatı qazanan Xan 13 illik iddiaları rədd edib:
“Bu ittiham məni çox kədərləndirdi və əlbəttə ki, bunu son dərəcə ciddi qəbul edirəm. Etmədiyim şeylərdə günahlandırılmaq şok və travmatikdir. Mən günahkar deyiləm”.