23 İyun 2021 17:19
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə İrana tətbiq olunan sığorta, neft və gəmiçilik sektoruna aid sanksiyalarının ləğvi məsələsində razılıq əldə edilib”.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi açıqlayıb.

Vaezi qeyd edib ki, razılaşma çərçivəsində Tramp administrasiyası dövründə tətbiq olunan təxminən 1040 sanksiya ləğv ediləcək: “Eyni zamanda dini liderə yaxın şəxslərə tətbiq olunan bəzi sanksiyaların ləğvi üçün də razılıq əldə olunub”.


Müəllif: Yeganə Oqtayqızı