24 İyun 2021 20:23
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfiri Con Sallivan Moskvaya qayıdıb.

Teleqraf.com xəbər verir ki, ABŞ diplomatı Rusiya hökuməti ilə strateji sabitlik mövzusunda dialoqun inkişafı üçün çalışmağı səbirsizliklə gözlədiyini deyib.

“ABŞ-ın Rusiyadakı xarici siyasət maraqlarını inkişaf etdirmək üçün təcrübəli və etibarlı diplomatik heyəti ilə işləməyə davam etmək üçün Moskvaya qayıtmağıma şadam. Məqsədimizə çatmaq üçün Rusiya hökumətindəki həmkarlarımızla ABŞ və Rusiya arasında sabit və proqnozlaşdırılan münasibətlər qurmaq üzərində əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - deyə səfir bildirib.

C. Sallivan Rusiya və ABŞ-ın ortaq maraqlarına cavab verən sahələrdə əməkdaşlıq etməli olduğunu, fikir ayrılığı olan məsələlərdə isə açıq dialoq aparmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayında ABŞ prezidenti Co Bayden ABC telekanalına müsahibəsində rusiyalı həmkarını qatil adlandırdıqdan sonra iki ölkə arasında münasibətlər gərginləşib, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Moskvaya çağırılıb. Bir ay sonra isə ABŞ səfiri C. Sallivan məsləhətləşmələr üçün Vaşinqtona gedib. İyunun 16-da Cenevrədə Vladimir Putin və Co Bayden arasında baş tutan görüşdə liderlər səfirləri Vaşinqtona və Moskvaya qaytarmaq barədə razılığa gəliblər. Rusiya diplomatı A. Antonov iyunun 20-də Vaşinqtona gedib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər