COVID-19-un tüğyan etdiyi Hindistanda yeni virus yayılıb.
Teleqraf.com xəbər verir ki, insanların yaşadığı ərazidə yarasalarda 40-75 faiz öldürücülük qabiliyyəti olan Nipah virusu yayılıb.
Heyvan mənşəli Nipah virusu ilk dəfə 1990-cı illərin sonunda Malayziyadakı donuz fermasında aşkarlanıb. 265 nəfərə yoluxan virus 105 nəfərin ölümünə səbəb olub. Ardınca 2011-ci ildə Hindistanda, 2017-ci ildə Qərbi Benqal, 2018-2019-cu ildə Kerela əyalətlərində yayılmışdı.
Hindistan Tibb Araşdırma Şurası və Beynəlxalq Viroloji İnstitunun yarasalardan götürdüyü nümunələrə görə, virus yüksək yoluxuculuq qabiliyyəti ilə tanınır və insanlarda öldürücü beyin iltihabı xəstəliklərinə yol açır.
Nipah virusu Ümumdünya Səhiyyə Təşkilatının COVID-19, Ebola ve Zika kimi pandemiya olaraq elan etdiyi xəstəliklər sırasına daxildir. Tibbdə adı NiV olaraq qeyd olunan virus xarab meyvə vasitəsilə heyvanlardan insana yoluxur.