Rusiyada son sutka ərzində pandemiya başlayandan bəri COVID-19-dan ən çox ölüm qeydə alınıb – 652 nəfər. Bununla da ümumi ölənlərin sayı 134 545-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın COVID-19-a qarşı mübarizə üzrə Operativ Qərargahından məlumat verilib.
“Son sutka ərzində 652 ölüm təsdiqləndi... Bütün dövr ərzində Rusiyada 134 545 nəfər öldü”, - deyə məlumatda qeyd olunur.
O cümlədən Moskvada sutka ərzində 121 nəfər, Sankt-Peterburqda 119 nəfər, Nijeqorod vilayətində 27 nəfər koronavirusdan həyatını itirib.