30 İyun 2021 22:12
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstanda minə yaxın hərbçi saxlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat verib.

“ABŞ Əfqanıstandan qoşununu bir neçə günə çıxara bilər. Rəsmi qoşunlar çıxdıqdan sonra ABŞ-ın Kabuldakı səfirliyini, ölkə paytaxtındakı hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə minə yaxın hərbçisini saxlayacaq. NATO-nun Əfqanıstanda qalacaq hərbçilərinin sayı məlum deyil”, - mənbə qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqon Əfqanıstanda 650 hərbçi saxlayacağını bildirmişdi.

Xatırladaq ki, ABŞ 2020-ci ilin mayından Əfqanıstandan qoşununu çıxarmağa başlayıb. Bu prosesin sentyabrın 11-də başa çatacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər