1 İyul 2021 15:34
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayət Məhkəməsi Serbiyanın dövlət təhlükəsizlik təşkilatının başçısı Jovika Stanisiç və onun köməkçisi Frenki Simatoviçi 1990-cı illərdə Yuqaslaviyanın parçalanması zamanı serb milis güclərini maliyyələşdirməkdə və dəstək verməkdə ittiham edərək barələrində 12 il həbs qərarı çıxarıb.

Teleqraf.com xəbər verir ki, ittiham olunan şəxslər bu hökmlə razılaşmayıblar.

Qeyd edək ki, adı çəkilən şəxslər 2003-cü ildə Serbiya polisinin keçirdiyi əməliyyat zamanı həbs edilərək Lahey şəhərinə göndərilb. 2013-cü ildə bəraət alan bu şəxslər 2015-ci ildə etirazdan sonra yenidən ədalət mühakiməsinə çıxarılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər