ABŞ-a bağlı olan 200 şirkət son günlərdə haker hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, məlumatı kiber təhlükəsizlik firması “Huntress Labs” yayıb.
“Huntress Labs” korporasiyasının mütəxəssisləri bu hücumların əsasən Florida mərkəzli “Kaseya” şirkətini hədəf aldığını bildiriblər. Kiber hücumun Rusiya ilə əlaqəli “REvil” girov dəstəsi tərəfindən həyata keçirildiyi ehtimal edir.
“Kaseya” mümkün hücumu araşdırdığını deyib və “VSA” proqramını istifadə edən müştəriləri dərhal serverlərini bağlamağa çağırıb. Açıqlamada korporativ serverlər, masaüstü kompüterlər və şəbəkə cihazları ilə işləyən tətbiqlərdən birinin hücumda təhlükə altına alındığı bildirilib.
ABŞ Kiber Təhlükəsizlik və İnfrastruktur Agentliyi (CISA) da hücumu araşdırmaq üçün hərəkətə keçdiyini açıqlayıb.