Əlcəzair Prezidenti Əbdülməcid Tebbun müstəmləkə dövründə Fransanın törətdiyi cinayətlərlə bağlı milli yaddaş məsələsində bir addım belə geri çəkilməyəcəklərini elan edib.
Teleqraf.com xəbər verir ki, Əlcəzair prezident sarayının sosial media səhifəsində verilən açıqlamada Prezident Tebbun ölkəsinin 5 avqust 1962-ci ildə Fransa müstəmləkəçiliyindən xilas olmasının 59-cu ildönümü münasibəti ilə xalqına müraciət edib.
Prezident müstəmləkəçilik dövründə törədilən qorxunc faciələrin və cinayətlərin milli yaddaşdan çıxarılmayacağını və Əlcəzairin haqlarının qorunması ilə əlaqədar olaraq bu hadisələrin müzakirə olunacağını qeyd edib.
Mənfur Fransa müstəmləkəçiliyi dövründə ölkəsinə qarşı ən güclü və ən böyük qətliam, işgəncə və dağıdıcı silahlardan istifadə edildiyini xatırladan Tebbun milli yaddaşla bağlı məsələlərin dərin bir vizionla ələ alınacağını və bu mövzudan imtina etməyəcəklərini bəyan edib.
Xatırladaq ki, Prezident Tebbun ötən il qəbul edilən və 1945-ci ilin 8 may hadisələrinin 76-cı ilində Milli Yaddaş Günü ilə bağlı açıqlamasında Fransanın müstəmləkəçiliyi dövründə edilən cinayətlərə görə Əlcəzairdən üzr istənməsini tələb etmişdi.