7 İyul 2021 11:41
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İngiltərə və ABŞ kimi ölkələri Qara dənizə müdaxilə etməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, İngilis Krallığının Donanmasına aid HMS Defender gəmisinə Rusiya dənizçilərinin xəbərdarlıq atəşi haqqında danışan Ryabkov deyib ki, London və Vaşinqtonun münaqişəyə meylli vəziyətdə belə Kiyevə göz yummağa hazır olduğunu bildirib.

Qara dənizdəki olayı təxribat kimi qiymətləndirən rus diplomat deyib: "Təxribatçılarla mümkün olduqca açıq danışmaq, növbəti səfərdə təxribatlarını bir kənara qoymaq və buraya burunlarını soxmamağın lazım olduğunu başa salmaq lazımdır".

Diplomat əlavə edib ki, Moskva hər cür macərapərəstə qarşılıq verməyə hazırdır.

Qeyd edək ki, Rusiya rəsmiləri iyulun 23-də Krım sahillərindən keçməklə Rusiya sərhədlərini pozan Defender gəmisinə xəbərdarlıq atəşi açıb. London isə gəminin Rusiyanın deyil, Ukraynanın sularından keçdiyini elan etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər