Birləşmiş Millətlər Təşkilatı (BMT) İraqda 1,26 milyon insanın yaşadığı vəziyyəti stabilləşdirmək üçün 173,1 milyon dollar məbləğində yardım istəyib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqdakı Humanitar Yardım koordinatoru Jasqueline Badcok açıqlama verib. Onun sözlərinə görə, BMT bölgədəki 1,9 milyon qaçqının 50 faizindən çoxunun Şimali İraqda sığındığını və bu ərazidə qışın sərt keçdiyini bildirib.
BMT 516 min insanın təcili olaraq çadır, isti yemək, geyim və yanacaq kimi xidmətlərə ehtiyac duyduğunu bildirib.
Samir