5 Noyabr 2014 10:37
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar ABŞ Konqresində qalib gəlib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, keçirilən seçkilərin nəticəsində Respublikaçılar partiyası səkkiz illik fasilədən sonra 100 mandatdan 55-ini qazanıb.

Nəticədə partiya üzvləri demokratlardan Qərbi Virciniya, Cənubi Dakota, Montana, Şimali Karolina, Arkanzas, Kolorado, Ayova, Kanzas və Kentukki ştatlarında senatlığı ələ alıb.

Qeyd edək ki, iki ildən bir ABŞ-da keçirilən aralıq seçkilərinin ikinci turu dekabrın 6-da baş tutacaq.

Samir


Müəllif: