11 İyul 2021 15:40
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yunanıstan təhrikedici, qanunsuz, imzaladığı müqavilələrə belə əməl etməyən, təxribatçı, güzəştsiz və kəskinləşən mövqeyini davam etdirir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, Yunanistanın Milli Müdafiə naziri Nikos Panagiotopulos qatıldığı bir paneldə Türkiyənin beynəlxalq hüquqa zidd hərəkət etdiyini və bütün bölgədə sabitliyi pozma riskinin olduğunu iddia edib.

Hulusi Akar Panagiotopulosun açıqlamalarını son dövrlərdə Prezident Rəcəb Tayyib Ərdoğanla Yunanistanın Baş naziri Kiryakos Mitsotakis arasındakı konstruktiv danışıqlarla və gərginliyi azaltmaq səyləri ilə üst-üstə düşməyən bir ritorika və hərəkət olaraq xarakterizə edib: “Hörmətli həmkarımı eqoistlik, duyğusallıqdan uzaq, ağlabatan, məntiqli, ədalətli və obyektiv, ölkələrimiz arasındakı müqavilələr, beynəlxalq hüquq və mehriban qonşuluq münasibətləri çərçivəsində düşünməyə və danışmağa dəvət edirik. Yaxın Şərq kimi bir coğrafiyada Türkiyə sülh və sabitliyə töhfə verən əhəmiyyətli bir ölkədir”.

Nazir qeyd edib ki, problemlərin həllində Türkiyə beynəlxalq hüquqa, dialoqa və mehriban qonşuluq münasibətlərinə söykənir: “Türkiyənin NATO içində də mövqeyi və qatqısı inkar edilə bilməz. Yunanıstan NATO-ya milli imkanlarımızla təklif etdiyimiz və müttəfiqlər tərəfindən dəstəklənən ortaq təlim mərkəzimizə belə inadla qarşı çıxır. Üstəlik bu hərəkətlərinə haqq qazandırmaq üçün həqiqətdən uzaq təxribat xarakterli açıqlamalar verir. Onların Egey və Şərqi Aralıq dənizindəki qanunsuz və əsassız tələbləri gərginliyi artırır. 1923-cü ildə Lozanna və 1947-ci ildə Paris Sülh Müqavilələrinin açıq müddəalarına baxmayaraq, qeyri-hərbi statusu olan adalar kimə qarşı və niyə silahlandırılır? Müqavilənin müddəaları aydındır və həmsöhbətlərimiz onları çox yaxşı bilir”.

Hulusi Akar Türkiyənin nizamsız mühacirlər mövzusunda böyük fədakarlıqlar etdiyinə də diqqət çəkib: “Yunanistan Ege dənizindəki qadınlar və uşaqlar da daxil olmaqla, miqrantları beynəlxalq hüquqa zidd olan qeyri-insani tətbiqlərlə geri itələməyə davam edir.

Yunanıstanda silahlanma ehtirası var. Beynəlxalq hüquq, ikili qanun və tarixi proses baxımından haqlı olduğumuzu bilirik və buna görə də çox rahatıq. Gücümüz də bu əsaslandırma ilə əlaqədardır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər