12 İyul 2021 10:54
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya əvvəllər saxlanılan rus gəmisi “Amur”u sərbəst buraxıb, gəmi Nevelsk limanına yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı baş konsulu Sergey Marin məlumat verib.

Onun sözlərinə görə, sənədlər bu gün gəmiyə qaytarılıb. Marin yalnız gəminin üçüncü kapitanının Yaponiyada qaldığını söyləyib.

Yaponiyada “Amur”un üçüncü kapitanı Pavel Dobryanskiyə qarşı cinayət işi açılıb.

Bu, “Amur”un mayın sonunda Monbetsu şəhəri yaxınlığında Yaponiyanın balıqçı gəmisi “Day-hati Hokko-maru” ilə toqquşduqdan sonra baş verib. Hadisə nəticəsində yapon gəmisindəki beş balıqçıdan üçü həlak olub. “Amur”da heç kim zərər görməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər