12 İyul 2021 12:56
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimalında yerləşən Uttar-Pradeş və Radjaxstan ştatlarında şimşək çaxması 49 nəfərin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of India” yazır.

Uttar-Pradeşdə 30, Radjaxstanda 19 nəfərin öldüyü bildirilir.

Radjaxstanın Djaypur şəhərində 11 nəfərin təbii fəlakət qurbanı olduğu qeyd edilir. Onlar XII əsrə aid “Amber” qalasının gözətçi qülləsində şəkil çəkdirərkən qurban gediblər.

Hindistanın Baş naziri Narendra Modi Tvitter səhifəsində qurbanların yaxınlarına və yaralananlara maddi yardım veriləcəyini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər