Çin 34 şirkətinin ABŞ tərəfindən qara siyahıya salınmasına qarşı lazımlı tədbirlər görəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib.
Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Çin şirkətlərini qara siyahıya salması əslində çinli təşəbbüskarların məntiqsiz olaraq çəçivəyə salınmasıdır ki, bu da beynəlxalq iqtisadi və ticarət şərtlərinin pozulmasıdır.
Açıqlamada qeyd olunub ki, Çin şirkətlərinin qanuni haqlarını və maraqlarını qəti şəkildə qorumaq üçün tədbirlər görüləcək.
Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi iyulun 9-da ölkənin xarici siyasəti və təhlükəsizlik maraqlarına əks fəaliyyət göstərdiyini əsas gətirərək 34 Çin şirkətini qara siyahıya salındığını açıqlayıb.