Ötən gün axşam saatlarında Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Vorotan kəndinin bələdiyyə sədri Suren Oqandjanyan həbs edilib.
Teleqraf.com xəbər verir ki, bələdiyyə sədri haqqında məhkəmə qərarından sonra onu Gorus həbsxanasına köçürüblər.
Qeyd edək ki, bu şəxs seçkilərdə rüşvət verməkdə ittiham olunur.
Bundan başqa, İrəvan məhkəməsi bir neçə gün əvvəl Mehri şəhərinin meri vəzifəsindən istefa verən Mxitar Zakaryanın həbsi üçün hazırlıqlar gedir.
Bundan əvvəl isə Kacaran şəhər meri Manvel Paramazyan saxlanılıb. Onu paytaxt İrəvana gətirərək həbs ediblər.
Bəzi iddialara görə, yaxın günlərdə Sünik regionuna aid olan Qafan və Sisian rayonlarında da həbslər aparılacaq.
Qeyd edək ki, bu regionda müharibədən sonra Nikol Paşinyanın səfərinə qarşı aksiyalar hazırlanıb. Eləcə də seçkilər zamanı hərbi cani Robert Köçəryanın qələbəsi naminə Sünik bölgə rəhbərləri əllərindən gələni ediblər. İndi baş verənlər isə Nikol Paşinyanın intiqam-cəza tədbirləridir.