2015-ci ildən bəri Bosniya-Herseqovinada kəşfiyyat xidmətinin rəisi olan Osman Mehmedagiç çirkli pulların yuyulması və diplomların saxtalaşdırılması ittihamı ilə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Açıqlamaya görə, Kəşfiyyat İdarəsinin rəisinə qarşı əmlak alışı zamanı səlahiyyətlərindən sui-istifadə, diplomların saxtalaşdırılması və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Bosniya-Herseqovina məhkəməsinin qərarı ilə Mehmedagiçin dosyesi bu ayın əvvəlində araşdırılıb.
Mehmedagiçin vəkili isə başladılan istintaqın kəşfiyyat xidmətinə zərər verəcəyini bildirilib.