Rusiya Müdafiə naziri Sergey Şoyqu rus ordusunun Suriyadakı əməliyyatlar zamanı 320-dən çox silah növlərini test etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Sergey Şoyqu Rostov-na-Don şəhərindəki Rostvertol helikopter zavodunda etdiyi çıxış zamanı bildirib.
Zavodda istehsal olunan helikopterlərdən birinin Suriyadakı əməliyyatların nəticəsində daha da önə çıxdığına diqqət çəkən Şoyqu hərbi-texniki avtomobilləri qarantiya altına almaq üçün uzunmənzilli hava müdafiə sistemlərinə ehtiyac duyulduğunu və Rusiyanın belə silahlara sahib olduğunu da ifadə edib.
Suriyadakı əməliyyatlar sayəsində belə tip silahlara sahib olduqlarını vurğulayan müdafiə naziri əlavə edib ki, əməliyyatlar əsnasında helikopterlər daxil olmaqla, 320-dən çox silah növünü testdən keçirmişik.
Rus ordusundakı modern silah və təchizat payının 70 faiz üzərində olduğunu xatırladan Şoyqu elan edib ki, bu, dünyadakı bütün ordular arasında ən yüksək faizdir.