Liviya Baş naziri Əbdülhəmid Dibeybe ölkədəki muzdluların və xarici döyüşçülərin varlığının davam etməsinin siyasi proses üçün real təhlükə yaratdığını bildirib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı beynəlxalq ictimaiyyətdən ordu və təhlükəsizlik qurumlarının birləşdirilməsi üçün Liviyaya dəstək verməsini istəyib.
“Muzdluların və xarici döyüşçülərin ölkədə davamlı olması mövcud siyasi proseslər, atəşkəsin qorunması səyləri və ordunun birləşməsi üçün real təhlükə yaradır. Milli Birlik Hökuməti Liviyadakı muzdlu və xarici döyüşçülərin davamlı olmasının ərazi bütövlüyümüz üçün qəbuledilməz olduğu və həmin qüvvələrin dərhal çıxarılmasını tələbini yeniləyir”, - Dibeybe qeyd edib.
Qeyd edək ki, Liviyanın qərbində legitim Milli Birlik Hökuməti və BMT-yə bağlı ordu var. Ölkənin şərqində isə general Xəlifə Haftara bağlı qeyri-legitim qüvvələri dəstəkləyən Rusiya və digər bir sıra ölkələrin muzdluları var.