ABŞ Rusiya və Çinin onun həyati əhəmiyyətli peyklərini sıradan çıxarmaq cəhdlərini izləmək üçün Böyük Britaniyada kəşfiyyat bazası qurmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
İddiaya görə, bazaya quraşdırılacaq texnologiya 36 min kilometrə qədər bir məsafədə bir futbol topu ölçüsündə bir obyektin tanınmasını mümkün edəcək.
ABŞ Kosmik Qüvvələrinin rəsmisi sayta Şotlandiya və ya İngiltərənin cənubunda, eləcə də Texas ştatı və Avstraliyada da daxil olmaqla dünyada üç radar bazası inşa etməyi planlaşdırıldığını söyləyib.
İlk obyektin 2025-ci ilə qədər istismara verilməsi planlaşdırılır.