21 İyul 2021 17:53
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban hərəkatı Qurban bayramı günlərində özünü müdafiə etmək üçün mübarizəni dayandırmaq və rəsmi atəşkəs elan etmək qərarından imtina etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid açıqlama verib.

Açıqlamada Talibanın bir müddət əvvəl verdiyi atəşkəs təklifini geri götürdüyü məlum olub.

Talibanın bu açıqlaması Prezident Əşrəf Qəninin “Taliban sülh niyyətinin olmadığını sübut etdi” söyləməsindən sonra verilib.

Qəni bayram namazı qılarkən prezident sarayının ətrafına raketlər atılıb.

Əfqanıstan hökuməti hücumların Taliban tərəfindən həyata keçirildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər