İsrail qırıcıları Homsun bəzi nöqtələrinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Bəşər Əsəd rejiminə bağlı media çıxış edib.
Suriyanın rəsmi xəbər agentliyi SANA hərbi qaynaqlara istinadən bildirib ki, İsrail Homsun qərb hissəsindəki Kusayr qəsəbəbində bəzi nöqtələrə hücum edib.
“Hava müdafiə sistemlərimiz düşmən raketlərinin çoxunu zərərsizləşdirdi. Sadəcə maddi ziyan dəyib”, - SANA qeyd edib.
Məlumat üçün bildirək ki, Livan sərhədləri yaxınlığındakı Kusayr qəsəbəsi ətrafında Suriya ordusu, Livan Hüzbulları və İran İnqilab Keşikçiləri Korpusuna aid hərbi obyektlər var.